Sumqayıtda 25 yaşlı gənc bıçaqlanıb

Sumqayıtda 25 yaşlı gənc bıçaqlanıb

Sumqayıt şəhərinin Yaşıldərə yaşayış massivində bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.az-ın Sumqayıt bürosunun verdiyi məlumata görə, hadisə zamanı 2000-ci il təvəllüdlü, həmin ərazidə yaşayan Mehdi Ələsgər oğlu Qəhrəmanov naməlum şəxs tərəfindən mübahisə zəminində bıçaqlanıb.

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır