Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi – Son vəziyyətləri…

Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi – Son vəziyyətləri…

22.01.2026-ci il tarixində saat 02:40 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 2-si yeniyetmə olmaqla 4 nəfər (2 kişi, 2 qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım və Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə NOCOMMENT.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.

***09:30

Sumqayıt şəhərinin Xəzər bağları ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, bir ailənin dörd üzvü dəm qazından zəhərlənib:

Məlumata görə, 1979-cu il təvəllüdlü Əliyev Emin Məhəmməd oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Günel Səməndər qızı, 2009-cu il təvəllüdlü Əliyev Məhəmməd Emin oğlu və 2012-ci il təvəllüdlü Əliyeva Mədinə Emin qızı zəhərlənmə əlamətləri ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Həkimlərin verdiyi məlumata əsasən, zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Turab