Azərbaycandan Ermənistana bu gün 971 ton benzin və 467 ton dizel yanacağı göndərilib.
NOCOMMENT.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, 18 vaqon Aİ-92 markalı benzin və 8 vaqon dizel yanacağı Balacarı stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel yanacağı, 4 min tondan çox isə Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.
Sara,
NOCOMMENT.az












