Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu – xoşbəxtlikdən xəsarət alan yoxdur

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu – xoşbəxtlikdən xəsarət alan yoxdur

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

NOCOMMENT.az -ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Hyundai Sonata” və “BMW” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib.

Hadisə ilə bağlı araşdırma aparılır.