Sumqayıtda dəhşət: avtomobillər toqquşdu, biri alovlandı – FOTO / VİDEO

Sumqayıtda dəhşət: avtomobillər toqquşdu, biri alovlandı – FOTO / VİDEO

00:23

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi ağır fəsadlara səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, qəza Bulvar ərazisində qeydə alınıb.

Məlumata görə, “Toyota Prius” və “Kia Optima” markalı minik avtomobilləri toqquşub. Zərbənin gücü nəticəsində “Toyota Prius” avtomobilində alovlanma baş verib və nəqliyyat vasitəsi qısa müddətdə tamamilə yanıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadaları cəlb olunub. Yanğın söndürülüb, ətrafda təhlükəsizlik təmin edilib. Polis əməkdaşları ərazini nəzarətə götürüb.

Hadisə zamanı xəsarət alan şəxslərin olduğu bildirilib.

Fakt üzrə araşdırma aparılır.

 

***

Yanvarın 12-si saat 23 radələrində Sumqayıt şəhərinin ərazisində şəhər sakini 1983-cü il təvəllüdlü Şahin Şahsuvar oğlu Səmədovun idarə etdiyi “KİA” markalı avtomobillə Ağsu sakini 1989-cu il təvəllüdlü Əmir Vüqar oğlu Alcanlının idarə etdiyi “Toyota Prius” toqquşub. Sonuncu avtomobil tam yanıb.

Hər iki sürücü xəstəxanaya yerləşdirilib.