Sumqayıtda bədbəxt hadisə – kişi həyatını itirdi – VİDEO

Sumqayıtda bədbəxt hadisə – kişi həyatını itirdi – VİDEO

Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Vəfadar Tapdıq oğlu Abdulzadə hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və müvafiq qurumlar cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.