"Nəvəmin vəziyyəti ağırdır, xəstəxana borclarını ödəyə bilmirik"

"Nəvəmin vəziyyəti ağırdır, xəstəxana borclarını ödəyə bilmirik"

Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır.

NOCOMMENT.az xəbər verir ki, bu haqda mərhum Könülün anası video paylaşım edib. O bildirib ki, nəvəsi hələ də ağır vəziyyətdədir:

"Ölkə başçısı və Birinci xanıma müraciət edirəm. Mənə yardım edin. Nəvəm 4 ay Bakıda xəstəxanada yatdı, əməliyyat olundu, boğazı sağalmadı. Türkiyəyə apardıq, 4 aya keçir ki, nəvəm oradadır. İmkanım bitib. Yardım etdilər, amma yetərli olmadı. Anasının bir yadigarıdır. Bizə heç bir yerdən dəstək yoxdur. Hər yerə məktub yazırıq, yardım istəyirik. Nəvəm Türkiyədə yatır, bilmirik nə qədər orada qalacağıq. Xəstəxanaya borc yığılır, ödəyə bilmirik. Yanğının yaranmasına səbəb olan obyekt sahibləri də maraqlanmadı ki, anasını öldürdük, balasına dəsdək olaq".

Qeyd edək ki, ötən il Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb./Axşam.az/