Sumqayıtda kollecin yataqxanası yanır – FOTO – VİDEO – YENİLƏNİB – 2

Sumqayıtda kollecin yataqxanası yanır – FOTO – VİDEO – YENİLƏNİB – 2

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-in Mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Əlavə məlumat veriləcək.

***

23:57

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən NOCOMMENT.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

23:12

Sumqayıtda Tibb kollecinin yataqxanasında güclü yanğın başlayıb.

NOCOMMENT.az Globalinfo-ya istinadən xəbər verir ki,hadisə yerində FHN-nin yanğınsöndürənləri cəlb olunub.