Sumqayıtda maşın aşdı - VİDEO

Sumqayıtda maşın aşdı - VİDEO

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb. İlkin məlumata görə, idarəetmədən çıxan “Chevrolet Cobalt” markalı minik avtomobili aşıb.

Qəza nəticəsində yol infrastrukturuna da ciddi ziyan dəyib. Belə ki, avtomobilin çırpılması nəticəsində işıq dirəyi və yol nişanı aşıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.