Milanın Linate hava limanında yerüstü xidmət avtomobili hərəkət zamanı şəxsi təyyarə ilə toqquşub.
NOCOMMENT.az xəbər verir ki, hadisə avqustun 10-da baş verib.
Toqquşmadan sonra hava limanında uçuşlar təxminən yarım saat dayandırılıb. İki təyyarənin uçuşu isə Malpensa və Orio al Serio hava limanlarına yönləndirilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Qısa fasilədən sonra hava limanında uçuşlar adi qaydada bərpa edilib.











