Vəzifəyə təyin olunduqdan 4 gün sonra istefa verdi – FOTO

Vəzifəyə təyin olunduqdan 4 gün sonra istefa verdi – FOTO

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) parlamentdə qəbul edilən “Çərçivə qanunu”na verilən dəstəkdən sonra ilk istefa baş verib.

NOCOMMENT.az xəbər verir ki, Çorum CHP İl Qadın Qollarının rəhbəri Özlem Özşahin vəzifəyə təyin olunmasından cəmi dörd gün sonra istefa verdiyini açıqlayıb.

O, qərarına səbəb kimi partiyasının Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna dəstək verməsini göstərib.

Özşahin açıqlamasında Türkiyənin unitar dövlət quruluşunun onun üçün “qırmızı xətt” olduğunu bildirib. O, CHP-nin bu məsələdəki mövqeyinin şəxsi prinsipləri ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.

“Çərçivə qanununa ‘hə’ deyən CHP-də siyasət yürütmək şansım yoxdur. Millətin iradəsinə qarşı siyasət ola bilməz. Bu səbəbdən Çorum İl Qadın Qollarının rəhbəri vəzifəmdən istefa verirəm”, – deyə Özşahin bildirib.

Qeyd edək ki, Özşahin bu vəzifəyə cəmi dörd gün əvvəl təyin edilmişdi. Onun qısa müddət sonra istefa verməsi CHP daxilində qanunla bağlı fikir ayrılıqlarını yenidən gündəmə gətirib. EDnews