Türkiyənin “Süperstar”ı Ajda Pekkan illərdir səhnə enerjisi, rəqsləri və fit görünüşü ilə diqqət çəkir.
NOCOMMENT.az xəbər verir ki, 80 yaşına yaxınlaşmasına baxmayaraq gənc görünüşünü qoruması ilə tez-tez gündəmə gələn sənətçi haqqında yayılan yeni iddialara da aydınlıq gətirib. İddialara görə, Ajda Pekkan formada qalmaq və gənc görünüşünü qorumaq üçün Tailanddan bir şüşəsi 25 min dollar olan xüsusi “gənclik iksiri” gətirdib. Hətta onun bu vasitədən dünya ulduzları kimi istifadə etdiyi də bildirilib.
Sənətçi isə bu xəbərlərə gülərək cavab verib və iddiaların həqiqəti əks etdirmədiyini söyləyib. Pekkan həddindən artıq bahalı və əlçatmaz vasitələrə üstünlük vermədiyini vurğulayıb.
Sevilən sənətçi gənc görünüşünü qorumasının əslində daha sadə olduğunu açıqlayıb. Onun sözlərinə görə, sağlam həyat tərzi və gündəlik vərdişlər burada əsas rol oynayır.
Ajda Pekkan hər gün tez yatdığını və ən azı 8 saat yuxu aldığını bildirib. Səhərlər isə ilıq suya bir çay qaşığı bəhməz və bir neçə damcı limon əlavə edərək içdiyini deyib.
Pekkanın sözlərinə görə, illərdir davam etdirdiyi bu sadə vərdiş onun gündəlik həyatının bir hissəsidir.
Ajda Pekkanın 25 min dollarlıq “gənclik iksiri” əvəzinə olduqca sadə və əlçatan üsuldan istifadə etdiyini açıqlaması sosial şəbəkələrdə də geniş müzakirə olunub. Metbuat.az











