Meloni Trampa elə cavab verdi ki...

Meloni Trampa elə cavab verdi ki...

İtaliyanın Baş naziri Corca Meloni ABŞ prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi tənqidlərə və İtaliyadakı ABŞ hərbi bazalarından İrana qarşı müharibədə istifadəyə qadağa qoyması ilə bağlı irəli sürülən ittihamlara sərt reaksiya verib.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Meloni İtaliya hökumətinin müstəqil siyasət yürütdüyünü vurğulayıb.

"Mənim populyarlığım İtaliyanın milli maraqlarını qorumaq qabiliyyətimdən asılıdır və mən də məhz bunu edirəm. Eyni yanaşmanı İtaliyadakı Amerika hərbi bazaları ilə bağlı da tətbiq etmişəm. Həmin bazaların istifadəsi bizim həmişə riayət etdiyimiz və mənim Baş nazir olduğum müddətdə pozulması qeyri-mümkün olan sazişlərlə tənzimlənir", – deyə İtaliya Baş naziri bildirib.

O, çıxışı zamanı Trampa birbaşa ismarış göndərərək, onun başqalarının işinə qarışmaq əvəzinə öz populyarlığını və daxili siyasətini izləməsinin daha yaxşı olacağını qeyd edib.

Bu qarşıdurma, ABŞ-nin İrana qarşı regional hərbi planları fonunda Avropa müttəfiqləri ilə yaşadığı fikir ayrılıqlarını və suverenlik məsələlərinin yenidən aktuallaşdığını göstərir.

Əli Səfərli,

NOCOMMENT.az