Sumqayıt şəhərində üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Hərəkətdə olan "Kia", "Toyota" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralıların vəziyyəti və qəzanın dəqiq başvermə səbəbləri barədə araşdırmalardan sonra əlavə məlumat veriləcək.
Əli Səfərli,











