Tanınmış jurnalist Anar Həsənovun ailəsinə ağır itki üz verib.
NOCOMMENT.az xəbər verir ki, jurnalistin atası Möhsün Həsənov dünyasını dəyişib.
Bu barədə Demokrat.az-a onun ailə üzvləri məlumat veriblər.
Qeyd edək ki, Anar Həsənov uzun illər Azərbaycanın ANS TV və Lider TV kimi aparıcı telekanallarının Moskva müxbiri vəzifəsində çalışıb. O, hazırda Rusiyanın Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində müəllim kimi fəaliyyətini davam etdirir.
Allah rəhmət eləsin!












