Media generalından diplomatiya generalına.... - Mir Şahin Hikmət Hacıyevin məşhur cavabından yazdı

Media generalından diplomatiya generalına.... - Mir Şahin Hikmət Hacıyevin məşhur cavabından yazdı

"Vətənə xəyanət, Dövlətə xəyanət statusunda yaşayan insanlara yazığım gəlir! Allahın yazığı gəlsin!"

Əməkdar jurnalist Mir Şahin Ağayev sosial şəbəkə hesabında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Avropada yaşayan və cinayət məcəlləsinin ən ağır maddələri ilə axtarışda olan Tural

Sadıqlıya ünvanladığı sərt və məntiqli cavabını geniş təhlil edib.

NOCOMMENT.az həmin statusu təqdim edir:

Adamın sifətinə “sən, Vətən xainisən!” hökmünü bundan daha incə və daha usta necə oxumaq olar? Və bu hökmü həmin kəsin özünə də yazdırmaq! Təsəvvür edin; Prezidentin köməkçisi Hikmət Hacıyev cinayət məcəlləsinin ən ağır maddələrilə axtarışda olan Tural Sadıqlını nəzərdə tutaraq elə Turalın özünə, üzünə deyir: “Həyatda ən çətin şey vətənə xəyanətdir!”

Tural Sadıqlı isə soruşur: “ Olar da bunu yazmaq?!” Hikmət Hacıyev təkid edir: “Əlbəttə! Yazın! Çəkin! Mən sizə deyirəm!” Budur Diplomatik Medianın və ya Media Diplomatiyasının mükəmməl nümunəsi! Səni özünə etiraf etdirmək! Hökmünü özünə oxutdurmaq! Hikmət Hacıyev israrla deyir: “Vətənə xəyanət, Dövlətə xəyanət statusunda yaşayan insanlara yazığım gəlir! Allahın yazığı gəlsin!” Belə! Tural Sadıqlı təkcə yazıq deyil, həm də bədbəxt adamdır!

Sara,

NOCOMMENT.az