TƏCİLİ: General giziri döyərək təhqir etdi - bu ölkədə

TƏCİLİ: General giziri döyərək təhqir etdi - bu ölkədə

Türkiyə Silahlı Qüvvələrində briqada generalının gizirə fiziki zorakılıq göstərdiyi iddiaları ilə bağlı araşdırma başlayıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Türkiyənin şərq bölgəsində yerləşən hərbi hissələrdən birində baş verib.

Briqada komandiri ofisinin yaxınlığındakı qarajdan gələn nəqliyyat vasitəsinin səsindən narahat olub və avtomobili işə salan gizirin yanına gedərək ona qarşı təhqiramiz ifadələr işlədib.

Məlumatda bildirilir ki, general gizir zabitə “axmaq” və “səfeh” kimi sözlər deyib, daha sonra isə onun boğazından tutaraq bir neçə dəfə şillə vurub.

Qalmaqallı iddiaların gündəmə gəlməsindən sonra Türkiyə Müdafiə Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Nazirlik hadisənin araşdırılması üçün icazə verildiyini bildirərək vurğulayıb:

“Türkiyə Silahlı Qüvvələrində rütbəsindən və vəzifəsindən asılı olmayaraq intizam və qanunlara zidd hərəkət edən hər kəs barədə lazımi tədbirlər görüləcək”.

Hadisə ilə bağlı açıqlama verən "Türkiye Emekli Astsubaylar Derneği"nin rəhbəri Cahit Koca gizirin hücumu sənədləşdirən tibbi arayış və kamera görüntülərinin olduğunu bildirib.

Onun sözlərinə görə, zərərçəkən gizir hüquqi proses başlatmaq istəyəndə təhdidlərlə üzləşib. Cahit Koca iddia edib ki, gizirə “prokurorluğa müraciət etsən, səni baş prokurorluğa şikayət edəcəyəm” deyilib.

Cahit Koca həmçinin gizirin vəkillə görüşdüyünə görə cəzalandırılmağa çalışıldığını iddia edib. O bildirib ki, vəkillə əlaqə saxlamağın “icazəsiz şəxslə görüşmək” kimi qiymətləndirilməsi hüquqa ziddir.

Hadisə ilə bağlı başladılan istintaq davam edir.

SARA
NOCOMMENT.az