Tovuzda 14 yaşlı qızın özündən 9 yaş böyük oğlanla toyu “dağıdıldı” – “Bəy”in atası həbs edildi / TƏFƏRRÜAT

Tovuzda 14 yaşlı qızın özündən 9 yaş böyük oğlanla toyu “dağıdıldı” – “Bəy”in atası həbs edildi / TƏFƏRRÜAT

Tovuzda 14 yaşlı qıza toy mərasiminin keçirilməsinin bəzi təfərrüatları məlum olub.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hər iki valideyn toyun keçiriləcəyi restoranın sahibini aldadıblar.

Belə ki, valideynlər şadlıq sarayına başqa sənəd veriblər. Sonra da məlum olub ki, toyu edən qızın 14 yaşlı olub.

Məlumata görə, oğlanla qız arasında 19 yaş fərq olub. Belə ki, gəlin 2011-ci il təvəllüdlüdür. Bəy isə 1992-ci il təvəllüdlü Abbasov Firdovsi Hidayət oğludur.

Bəyin atası Abbasov Hidayət Musa oğlu saxlanılıb.

***

Tovuzda 14 yaşlı qızın nişanlanmasına görə qayınatası həbs edilib.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, bəy Abbasov Firdovsi Hidayət oğlunun atası Abbasov Hidayət Musa oğlu saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalara davam etdirilir.

***

Tovuz Rayon Polis Şöbəsinə rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

NOCOMMENT.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib