Tovuzda faciə: 22 yaşlı gənc boğularaq öldü

Tovuzda faciə: 22 yaşlı gənc boğularaq öldü

Tovuz rayonunda bədbəxt hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndi ərazisindən keçən çayda qeydə alınıb.

Məlumata görə, Ağdam rayon sakini, 2004-cü il təvəllüdlü İlham Şirinov çayda çimərkən suda batıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb olunub.

Hazırda batdığı bildirilən şəxsin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.\\oxu.az