Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində toy karvanında hərəkətdə olan VAZ-2107 markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
NOCOMMENT.az xəbər verir ki, qəza nəticədə VAZ-2107 markalı avtomobilin sürücüsü, Xaçmaz rayon sakini 23 yaşlı Şahbala Asəf oğlu Mehdiyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Avtomobildə olan sərnişin Ceyhun Zülfüqar oğlu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba mərkəzi rayon xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.












