Üç il əvvəl qardaşı, ötən gün isə özü qəzada öldü – FOTO

Üç il əvvəl qardaşı, ötən gün isə özü qəzada öldü – FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu, Qala qəsəbəsində “Hyundai” markalı avtomobilin dayanmış “UAZ”a çırpılaraq aşması nəticəsində sürücü ölüb.

NOCOMMENT.az xəbər verir ki, qəzada həyatını itirən şəxs 1995-ci il təvəllüdlü Əliyev Cavidan Güləli oğludur.

Mərhumun qardaşı da yol qəzasında həlak olub. Belə ki, 2023-cü ilin may ayında 1988-ci il təvəllüdlü Əliyev Rasim Güləli oğlu idarə etdiyi moped ilə Zirə qəsəbəsində hərəkətdə olarkən yolun kənarında dayanmış “Ford Transit” markalı yük avtomobilinə çırpılması nəticəsində dünyasını dəyişib. /Unikal.az/

(Rasim Əliyev)