Ukrayna Moskvaya HÜCUMA keçdi - Bombalanır

Ukrayna Moskvaya HÜCUMA keçdi - Bombalanır

İyunun 16-na keçən gecə və səhər saatlarında Rusiyanın müxtəlif bölgələri, xüsusilə Krasnodar diyarı və paytaxt Moskva pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb. Hücumlar nəticəsində mühüm enerji və yanacaq infrastrukturlarına ciddi ziyan dəyib, güclü yanğınlar qeydə alınıb.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, ilk ciddi zərbə Krasnodar diyarındakı neft bazasına endirilib. Regionun operativ qərargahının yaydığı məlumata görə, Krasnoarmeyski rayonunun Poltavskaya stanitsasında yerləşən neft bazasına PUA qalıqlarının düşməsi nəticəsində güclü yanğın başlayıb. Hadisə yerinə dərhal 32 nəfərlik şəxsi heyət və 7 ədəd xüsusi texnika cəlb olunub. Hücum səbəbindən Poltavskaya stanitsası ilə Trudobelikovski xutoru arasındakı magistral avtomobil yolu hərəkət üçün tamamilə bağlanıb. Qeyd edək ki, vurulan Poltavskaya neft bazası "Lukoyl" şirkətinin neftayırma zavodları ilə yanacaqdoldurma məntəqələri şəbəkəsi arasında mühüm aralıq halqa rolunu oynayır və onun ərazisində yanacaq saxlanılan 28 rezervuar mövcuddur.

Paralel olaraq, Ukraynaya məxsus pilotsuz uçuş aparatları paytaxt Moskva istiqamətində də kütləvi hücum təşkil edib. Rəsmi məlumatlara görə, səhər saatlarında Moskvaya yaxınlaşarkən vurulan Ukrayna PUA-larının sayı artıq 60-a çatıb. Hücumun ən ağır nəticəsi isə Moskvanın Kapotnya rayonunda yerləşən və şəhərin ən nəhəng neftayırma zavodu hesab olunan müəssisədə qeydə alınıb.

PUA zərbələrindən sonra zavodun ərazisində genişmiqyaslı yanğın başlayıb. Hazırda hər iki bölgədə yanğınların söndürülməsi və itkilərin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Sara,