Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayon mərkəzinə yaxın ərazidə baş verib.
İbrahim Abdullazadənin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə 1995-ci il təvəllüdlü Rəhimli Rahil Adil oğlunun idarə etdiyi mopedlə toqquşub.
Qəza nəticəsində mopedin sürücüsü və onun sərnişini – həmyaşıdı Abdallı Fərid Fizuli oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıblar. Onlara müayinə olunaraq zəruri tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.












