Vəkilindən 35 yaşında vəfat edən aktrisanın anası ilə bağlı AÇIQLAMA

Vəkilindən 35 yaşında vəfat edən aktrisanın anası ilə bağlı AÇIQLAMA

35 yaşında infarkt nəticəsində vəfat edən türkiyəli aktrisa Ece İrtemin vəkili Uğur Gökkaya mərhum sənətçinin anası Nuriye İrtemin adından mediada yayılan açıqlamaya münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, vəkil yayılan ifadələrin həqiqəti əks etdirmədiyini, Ece İrtemin anasının hazırda həkim nəzarətində olduğunu və ondan ifadə alınmadığını qeyd edib.

“Ece İrtemin vəfatından sonra anasından ifadə alındığı barədə xəbərlər yayılıb. Anası bu acı xəbəri öyrəndiyi andan etibarən ağır şok keçirib və həkim nəzarətinə götürülüb. Bu səbəbdən onun ifadəsi hələ alınmayıb”, - deyə vəkil bildirib.

Qeyd edək ki, bəzi media orqanlarında Nuriye İrtemə aid olduğu iddia edilən açıqlama yayılmışdı. Həmin açıqlamada ana qızının spirtli içki qəbul etdiyi və müəyyən dərmanlardan istifadə etdiyi barədə fikirlər səsləndirmişdi. Lakin vəkilin son açıqlamasına əsasən, həmin ifadələrin Ece İrtemin anasına məxsus olmadığı bildirilir.

Hadisə ilə bağlı araşdırmalar davam edir./musavat/