Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 18.46-da qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub.

Zəlzələnin ocağı 72 kilometr dərinlikdə yerləşib.