Xocalıda dinc sakinlərə qarşı qətliamı lənətləyirik

Xocalıda dinc sakinlərə qarşı qətliamı lənətləyirik

“1992-ci il 26 fevral tarixində Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc mülki sakinlərə qarşı törədilən qətliamı lənətləyirik”.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“O gün yaşanan vəhşət bəşəriyyət tarixinə qara ləkə olaraq keçib. Xocalıda öldürülən 613 bacı-qardaşlarımız və o gün yaralanan, əsir götürülən və yaxud itkin düşən azərbaycanlıların kədəri hələ də ürəyimizdədir. Xocalı soyqırımında həlak olanlara Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı veririk”, – deyə məlumatda qeyd olunub.