Bakının Yasamal rayonunda yanğın qeydə alınıb.
Bu barədə NOCOMMENT.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, açıq sahədə baş vermiş yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.











