“AzMikroİnvest”in direktoru dəyişdi

“AzMikroİnvest”in direktoru dəyişdi

“AzMikroİnvest” Bank Olmayan Kredit Təşkilatında rəhbər vəzifəsində dəyişiklik baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, “AzMikroİnvest”də direktor vəzifəsinə Namiq Vəliyevin yerinə Mehman İsayev təyin olunub.

Qeyd edək ki, “AzMikroİnvest” 2014-cü ildə yaradılıb. Ev (mənzil) təmiri və tikintisi, məişət əşyalarının alınması, təhsil və s. xərclər üçün istehlak kreditlərinin verilməsi ilə məşğul olan BOKT-un nizamnamə kapitalı 1 978 min manatdır.

BOKT ötən ili 269 min manat xalis mənfəətlə başa vurub ki, bu, 2024-cü illə müqayisədə 22,3 % çoxdur.(Yurd.Media)