Azərbaycanın ən cazibədar 6 siması onlardır

Azərbaycanın ən cazibədar 6 siması onlardır

Gözəllik, baxış, xarizma... Süni intellekt meyarları ilə hazırlanan siyahı sosial şəbəkələrdə müzakirə yarada bilər. Siyahıda 3 qadın və 3 kişi aktyorun adı diqqət çəkir.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan ekranında illərdir istedadı ilə yanaşı görünüşü və xarizması ilə tamaşaçıların diqqətini çəkən çoxsaylı aktyor və aktrisalar var.

Bəs üz cizgiləri, baxış dərinliyi, fotogeniklik, duruş və kamera qarşısındakı cazibə birlikdə qiymətləndirilsəydi, müasir Azərbaycan ekranının ən cazibədar simaları kimlər olardı?

Süni intellektin estetik meyarlarından ilhamlanan subyektiv seçimdə 3 qadın və 3 kişi ön plana çıxır.

Qadınlar arasında Pərvin Abıyeva, Zümrüd Qasımova və Günay Əhməd, kişilər arasında isə Türkay Cəfərli, Tural Əhməd və Azər Aydəmir diqqət çəkir.

Onları birləşdirən əsas xüsusiyyət isə yalnız fiziki görünüş deyil. Kamera qarşısında baxış, mimika, sima, xarizma və tamaşaçıda yaratdıqları ilk təəssürat da bu seçimdə önə çıxır.

Qadınlardan kimlər var?

Pərvin Abıyeva – diqqətçəkən üz cizgiləri və fotogenik görünüşü ilə.

Zümrüd Qasımova – zərif siması, baxışları və fərqli ekran aurası ilə.

Günay Əhməd – müasir görünüşü və kamera qarşısındakı enerjisi ilə.

Kişilərdən isə...

Türkay Cəfərli – xarakterik siması və güclü kişi aurası ilə.

Tural Əhməd – klassik üz cizgiləri və fotogenik görünüşü ilə.

Azər Aydəmir – sərt üz cizgiləri, baxışları və xarizması ilə.

Təbii ki, “ən cazibədar” siyahısı zövq məsələsidir. Azərbaycan ekranında bu altılığa iddialı daha çox ad var. (Musavat.com)