Gəncədə yaşlı qadını sərnişin avtobusu vurub
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Əli Məmmədov küçəsində qeydə alınıb.
Belə ki “BAKUBUS” MMC məxsus 4 saylı sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən 1947-ci il təvəllüdlü Mərziyə Nəsurllayevanı vurub.
Yaşlı qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.












