Yataqxanadakı yanğında xəsarət alanlar evə buraxılıb

Yataqxanadakı yanğında xəsarət alanlar evə buraxılıb

Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasındakı yanğında xəsarət alanlar evə buraxılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, yanvarın 18-də Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) ambulator müalicə üçün evə buraxılıb.