Haitidə zəlzələ qurbanlarının sayı 304-ə çatdı – 1,8 min nəfər xəsarət aldıbackend

Haitidə zəlzələ qurbanlarının sayı 304-ə çatdı – 1,8 min nəfər xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haitidə zəlzələ qurbanlarının sayı artıb.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli xilasedicilər məlumat yayıb.

Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 304 nəfərə çatıb. Həlak olanların 160-ı ölkənin cənubunun payına düşür. Qeyd edilir ki, təbii fəlakət nəticəsində xəsarət alanları sayı 1,8 min nəfərə yüksəlib.

Zəlzələ dünən baş verib. Haitinin baş naziri Ariel Anri təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib. Yeraltı təkanlar 7,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.