HAMAS girov götürdüyü Tailand vətəndaşlarından 12-sini bu gün azad edəcəkbackend

HAMAS girov götürdüyü Tailand vətəndaşlarından 12-sini bu gün azad edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HAMAS oktyabrın 7-də İsrailə qəfil hücumu zamanı girov götürdüyü Tailand vətəndaşlarını da azad edəcək.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Misirin hökumət mediası məlumat yayıb.

Bildirilib ki, Misir yaxın dəqiqələrdə azad ediləcək 13 israilli girovla yanaşı, HAMAS-ın 7 oktyabr terror hücumu zamanı oğurlanmış 12 taylandlı girovu azad etmək üçün HAMAS-la uğurla danışıqlar aparıb.

12 girovun bu gün azad ediləcəyi bildirilib.

Tailandın Baş naziri Srettha Thavisin ölkə vətəndaşlarından 12-nin azad ediləcəyini təsdiqləyib. Rəsmi Banqkok bildirir ki, 7 oktyabrda onun 26 vətəndaşı girov götürülüb.