“Harri Keyn dünyanın ən yaxşı hücumçusudur”backend

Harri Keyn dünyanın ən yaxşı hücumçusudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bayern Münhen”in hücumçusu Leroy Sane komanda yoldaşı Harri Keyn ilə necə anlaşdığını şərh edib.

NOCOMMENT.az Fanat.az-a istinadən xəbər verir ki, o, “Bayern”in rəsmi saytına açıqlamasında ingilis forvardlə bağlı bunları deyib:

“Mən çox tez başa düşdüm ki, Keynlə yaxşı komanda yarada bilərik. Hələ birlikdə keçirdiyimiz ilk matçdan əvvəl məndə bu hiss var idi. Əvvəlki illərdə onun karyerasını yaxından izləmişdim və hətta İngiltərə Premyer Liqasında ona qarşı oynamışdım. Harri bir neçə ildir ki, sabit çıxışı ilə diqqət çəkir. O, oyunu mükəmməl başa düşən, dünyanın ən yaxşı hücumçularından biridir. Mən Keyni meydandan kənarda da çox bəyənirəm”.

Bu mövsümdən “Bayern”də çıxış edən Harri Keyn Almaniya Bundesliqasında 15 matçda 21 qol vurub.