Həbsdəki erməni general xəstəxanaya yerləşdirildibackend

Həbsdəki erməni general xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvandakı “Kentron” Cəzaçəkmə Müəssisəsində saxlanılan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəis müavini Stepan Qalstyan “Erebuni” Tibb Mərkəzinə yerləşdirilib.

NOCOMMENT xəbər verir ki, bu barədə “News.am”a onun vəkili Andranik Manukyan bildirib.

Andranik Manukyan deyib ki, Stepan Qalstyan həkim nəzarətindədir.

“O, stasionar müalicə alır. Onun probleminin nə olduğunu deyə bilmərəm, tibbi sirrdir. Hazırda özünü pis hiss edir”, – deyə vəkil bildirib.

O, həbs-qətimkan tədbirinin müzakirəsi üçün məhkəməyə müraciət edəcəyini deyib.

Qalstyan məşhur silah tədarükü işində xüsusilə böyük miqyasda mənimsəmə ittihamı ilə həbs edilib./modern