Həbsdə olan Qalstyan istefaya göndərildibackend

Həbsdə olan Qalstyan istefaya göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan vəzifəsindən azad olunub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ermənistan Prezidenti Armen Sarkisyan bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sözügedən sərəncam Baş nazir Nikol Paşinyanın təklifi əsasında imzalanıb.

Qeyd edək ki, Stepan Qalstyan cari ilin oktyabrında ölkənin Müdafiə Nazirliyinə yararsız aviasiya raketlərinin alınması ilə bağlı başladılan cinayət işi çərçivəsində iki ay müddətinə həbs edilib.