Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏbackend

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ayrılmış kvota yeri dolub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

QMİ rəsmisi vurğulayıb ki, Həcc üçün qurum 1150 kvota yeri ayırıb.

O qeyd edib ki, Həcc ziyarətinə yollanan azərbaycanlı zəvvarların ilk təyyarəsi mayın 17-də uçacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq.