Həcc ziyarətinə qadağa bu il də qüvvədə qala bilərbackend

Həcc ziyarətinə qadağa bu il də qüvvədə qala bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həcc mərasiminə qadağa bu il də qüvvədə qalacaq.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu, mövcud koronavirus əleyhinə peyvənd növlərinin effektivsizliyi, həmçinin yeni ştammların meydana çıxması ilə bağlıdır. Buna görə də, Səudiyyə Ərəbistanı rəsmiləri yaxın günlərdə xarici ölkə zəvvarlarının 2021-ci ildə Həcc ziyarətinin qadağan edildiyini açıqlayacaqlar.

Məlumatlı mənbələrin “Arab Weekly”yə bildirdiyinə görə, hələlik son qərar verilməyib.

Xatırladaq ki, COViD-19-dan əvvəl Səudiyyə Ərəbistanına təxminən 12 milyard dollar qazandıran Həcc və Ümrə ziyarətində hər il təxminən 2,5 milyon zəvvar qatılır.

Zəvvarlar iki müqəddəs şəhəri – Məkkə və Mədinəni ziyarət edirlər.

Ötən il Həcc ziyarətinə yalnız Səudiyyə Ərəbistanında olan yerli sakinlər və xarici vətəndaşlardan ibarət məhdud sayda insan qatılıb.

Ümrə ziyarətləri ilə bağlı da dəyişikliklər tezliklə qüvvəyə minəcək. Yeni qaydalara əsasən, zəvvarlar 6500 Səudiyyə rialı həcmində tibbi sığorta haqqı ödəməli olacaqlar.