Həmas üçün önəmli şəxs öldürüldübackend

Həmas üçün önəmli şəxs öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran pullarını HƏMAS-a daşıyan şəxs öldürüldü.

NOCOMMENT.az xəbər verir ki, Fransa mediasının məlumatına görə ki, İrandan HƏMAS qruplaşmasına pul köçürməkdə günahlandırılan Məhəmməd Sərvər adlı livanlı sərraf dünən Beyrut yaxınlığında öldürülüb.

Məlumata görə, onun cəsədi Beyruta yaxın Beyt Mary şəhərindəki villada tapılıb və azı 5 güllə ilə öldürülüb. Bildirilib ki, qətli törədənlər onun yanında olan pullara toxunmayıblar.

Qeyd edək ki, 2019-cu ildə ABŞ Maliyyə Nazirliyi Qəzza zolağından terror hücumları həyata keçirmək üçün Livan Hizbullahı vasitəsilə HƏMAS-a SEPAH-ın Qüds qüvvələrindən milyonlarla dolların ötürülməsinə kömək etməkdə günahlandırılan Məhəmməd Sərvər də daxil olmaqla bir neçə şəxsə sanksiya tətbiq edib.