KoronaVirus İnformasiya Portalı
“Hər kəs mənə susmağıma dair xəbərdarlıq etdi…” – Çindən qaçan alimdən koronavirusla bağlı ilginc iddialarbackend

“Hər kəs mənə susmağıma dair xəbərdarlıq etdi…” – Çindən qaçan alimdən koronavirusla bağlı şok iddialar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinli bir virusoloq – dr.Li-Menq Yan maraqlı iddiayla çıxış edərək deyib ki, koronavirus epidemiyanın mərkəzini təşkil edən Vuhanda hökumət tərəfindən nəzarət edilən bir laboratoriyada yaradılıb. Və o, iddialarını təsdiqləyən elmi dəlillər təqdim edib.

NOCOMMENT.az xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniya televiziyalarından birində yayımlanan “Loose Women” – “İtirilmiş qadınlar” tok-şousuna eksklüziv açılama verən Dr. Li-Menq Yan, Vuhandakı “yeni sətəlcəm”i araşdırmaq üçün tapşırıq aldığını, araşdırması zamanı koronavirusla bağlı gizli bir əməliyyat aşkarladığını deyib.

Honq Konq Xalq Sağlamlığı Məktəbində virusologiya və immunologiya üzrə ixtisaslaşmış doktor Li-Menq, Birləşmiş Ştatlara qaçmazdan əvvəl Çində ilk sətəlcəmlə əlaqədar araşdırmanı dekabr və yanvar ayının əvvəlləri arasında, ikincisini isə yanvar ayının ortalarında apardığını söyləyib: “Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məsləhətçisi olan menecerimi məlumatlandırmağa qərar verdim. ÜST və rəhbərimdən cavab gəlmədi. Hər kəs mənə sağ xətti keçməməyimə və susmağıma dair xəbərdarlıq etdi, əks halda məni yoxa çıxaracaqlar”.

Xatırladaq ki, ABŞ da daxil olmaqla, bir neçə ölkə həm Çini, həm də ÜST-ü koronavirus epidemiyasının şiddətini ört-basdır etdiyi üçün tənqid edib. Dr Li-Menq ABŞ-da məşhur bir Çin “YouTuber” ilə əlaqə qurduğunu da açıqlayıb. O, Çin Kommunist Partiyasının “COVID-19” böhranını ört-basdır etdiyini və virusun insandan insana keçdiyini deyib. Alim əlavə edib ki, koronavirus tezliklə “yüksək mutant virus” olacaq. Doktor daha sonra virusun təbiətdən keçmədiyini və Çin hökumətinin Vuhanda nəzarət etdiyi bir laboratoriyadan qaynaqlandığını iddia edib: “Bu, CC45 və ZXC41 adlı bəzi təhlükəli koronavirusları kəşf edən və onlara sahib olan Çin Hərbi İnstitutuna əsaslanır. Buna əsasən o, laboratoriya dəyişikliyindən sonra yeni bir virus halına gəlir”.

Kəşf üçün elmi sübutların olub-olmadığı barədə suala cavab verən doktor Li-Menq, Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən, yerli həkimlərdən və Çindəki digər insanlardan kəşfiyyat məlumatları olduğunu qeyd edib: “Bunlar həqiqətlərdir və hər şey gizlədildi” dedi.

Viroloq, dünyada kiçik bir qrup alimlə elmi bir hesabat üzərində çalışdığını və bu yaxınlarda onun dərc ediləcəyini də deyib: “İki hesabat var. Birincisi bir neçə gündən sonra olacaq və insanlara bütün dəlilləri izah edəcək. Koronavirus olduqca yoluxucu və təhlükəli bir virusdur”.

Honq Konqdan qaçdıqdan sonra təhlükəsizliyindən narahat olub- olmadığını soruşduqda, alim deyib ki, ən qısa zamanda dünyaya bir mesaj çatdırmaq istəyir: “Dünyaya həqiqəti söyləməsəm, peşman olaram. Beləliklə, Nyu-Yorkda yerləşən bir fond mənim Honq-Konqdan gizli şəkildə ayrılmağıma kömək etdi. Onlar Çin hökumətinə qarşı olan insanlara kömək edirlər. Dərc olunmamış elmi hesabatım hər kəs tərəfindən, hətta biologiya haqqında heç bir məlumatı olmayanlar tərəfindən oxuna biləcək. Genom ardıcıllığı insanın barmaq izinə bənzəyir. Beləliklə, ona əsaslanaraq bu şeyi tanıya və müəyyənləşdirə bilərsiniz. Beləliklə, “Sars-CoV-2”-nin genom ardıcıllığında mövcud olan dəlillərdən istifadə edərək bunun niyə Çindən gəldiyini izah etdim. Bunu edən yalnız onlardır . Bunu özünüz yoxlaya, müəyyənləşdirə və təsdiqləyə bilərsiniz. Virusun mənşəyini bilmək bizim üçün son dərəcə vacibdir. Əks təqdirdə o, hər kəs üçün həyati təhlükə yaradacaq”.
“AzPolitika.info”