Hərbçilərin minaya düşməsi ilə bağlı prokurorluqdan AÇIQLAMA

Hərbçilərin minaya düşməsi ilə bağlı prokurorluqdan AÇIQLAMA

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə NOCOMMENT.az-a Hərbi Prokurorluğundan məlumat verilib.

Qeyd edək ki, mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.