ABŞ İran tankerlərini VURDU: Hörmüz boğazında gərginlik artır - VİDEO

ABŞ İran tankerlərini VURDU: Hörmüz boğazında gərginlik artır - VİDEO

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mayın 8-də Amerika blokadasını pozaraq İran limanına daxil olmağa çalışan İran bayrağı altında fəaliyyət göstərən iki tankerin ələ keçirilməsi barədə məlumat yayıb. Məlumata görə, "Sea Star III" və "Sevda" adlı gəmilər ABŞ qüvvələri tərəfindən hərəkətdən məhrum edilib.

NOCOMMENT.az xəbər verir ki, əməliyyat zamanı "USS George H.W. Bush" aviadaşıyıcısından havaya qalxan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "F/A-18 Super Hornet" qırıcı təyyarəsi hər iki gəminin bacalarına dəqiq zərbələr endirib. Bu addım nəticəsində gəmilərin İrana çatmasının qarşısı alınıb.

Xatırladaq ki, son saatlarda Hürmüz boğazı və ətraf bölgələrdə ABŞ və İran qüvvələri arasında qarşılıqlı hərbi zərbələr qeydə alınıb. İran tərəfi ABŞ-ı bir neft tankerini hədəf almaqda və atəşkəsi pozmaqda ittiham edərkən, ABŞ Prezidenti Donald Tramp bu hərbi müdaxilələri "özünümüdafiə" və İrana qarşı "yüngül bir sillə" kimi qiymətləndirib. Hazırda bölgədə naviqasiya təhlükəsizliyi və neft daşımaları ilə bağlı risklər ən yüksək həddə çatıb.

Sara,

NOCOMMENT.az