İsraildən DƏHŞƏTLİ HÜCUM - Şiddətli döyüşlər gedir

İsraildən DƏHŞƏTLİ HÜCUM - Şiddətli döyüşlər gedir

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Deyr Qanun ən-Nəhr kəndində yerləşən, "Hizbullah"ın məhv edilmiş lideri Haşim Səfiyəddinin ailəsinə məxsus evə nöqtə zərbəsi endirib. Bu barədə məlumatı Livan kütləvi informasiya vasitələri yayıb.

NOCOMMENT.az xəbər verir ki, Haşim Səfiyəddin qruplaşmanın çoxillik rəhbəri Həsən Nəsrullahın öldürülməsindən sonra cəmi bir neçə saatlıq "Hizbullah"ın baş katibi postunu tutması ilə tanınmışdı. Lakin o, bu vəzifədə möhkəmlənə bilməmiş və qısa müddət sonra İsrailin növbəti hava hücumu nəticəsində özü də məhv edilmişdi. Yerli medianın məlumatına görə, Livanın cənubuna edilən bu son reyd birbaşa qruplaşmanın keçmiş rəhbərliyindəki əsas fiqurların yaxın ətrafını və qohumlarını hədəf alıb. Bu da İsrailin bölgədə "Hizbullah"ın təsir infrastrukturunu tamamilə yox etmək kampaniyasını davam etdirdiyini göstərir.

Sara,