SON DƏQİQƏ! Fuad Hüseynov SAXLANILDI

SON DƏQİQƏ! Fuad Hüseynov SAXLANILDI

Jurnalist,Regionxeberleri.com saytının baş redaktoru Fuad Hüseynov saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Oxu24.com-a onun anası Süsanə Hüseynova məlumat verib.

Onun sözlərinə görə,oğlu dünən səhər saatlarında Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Jurnalistin hansı səbəbdən saxlanıldığı məlum deyil.

Ailəsi jurnalistin saxlanılması ilə bağlı bir sıra iddialar səsləndirib.

Qeyd edək ki,Fuad Hüseynov Azərbaycan Respublikası Prezidentinin 26 may 2014-cu iltarixli əfv sərancamı ilə cəza çəkməkdən azad edilmişdi.

Məsələ ilə bağlı ətraflı məlumatı təqdim edəcəyik.