“Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin ABŞ və Avropa ölkələrindən alınan böyük hərbi texnikası məhv edilib”.
NOCOMMENT.az tvzvezda.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.
“Xarkov vilayətindəki Boqoduxov dəmir yolu stansiyasının ərazisində ABŞ və Avropa ölkələrindən alınan böyük hərbi texnika anbarı məhv edilib”, – Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Xarkov vilayəti yaxınlığında millətçilərin mülki insanları zorla daşıdığı və Rusiya Silahlı Qüvvələrini onlara atəş açmağa təhrik etdikləri barədə məlumat vermişdi. Rusiya müdafiə departamentinin nümayəndəsinin bəyanatına görə, silahlılar təxribat prosesində “insan qalxanı” kimi özlərini insanlarla örtüblər.
Cümə axşamı, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin televiziya ilə çıxışı zamanı Luqansk və Donetsk Xalq Respublikalarının müdafiəsi üçün xüsusi hərbi əməliyyatın başladığını elan edib. Dövlət başçısının mətbuat katibi Dmitri Peskov əməliyyatın Ukraynanın demilitarizasiyası və denazifikasiyası məqsədi ilə həyata keçirildiyinə diqqət çəkib.
NOCOMMENT.az











