Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə (HHM) qüvvələri gün ərzində ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 158 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.
NOCOMMENT.az xəbər verir ki, dronlar Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək olan müddətdə zərərsizləşdirilib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, PUA-lar Belqorod, Bryansk, Kaluqa, Kursk, Oryol, Smolensk və Tula vilayətləri, eləcə də Krım Respublikası üzərində vurulub.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi son 24 saat ərzində HHM sistemlərinin 381 təyyarə tipli pilotsuz uçuş aparatını məhv etdiyini açıqlamışdı.
Nazirliyin məlumatına əsasən, hərbi əməliyyatların başlanmasından bu günədək ümumilikdə 154 703 pilotsuz uçuş aparatı, 661 zenit-raket kompleksi və 1 729 reaktiv yaylım atəşi sistemi döyüş maşını məhv edilib.
Məhəmməd











