TƏCİLİ!  ABŞ hərbçilərinə xəbərdarlıq edildi: Əraziləri tərk edin - İran hücuma keçir

TƏCİLİ! ABŞ hərbçilərinə xəbərdarlıq edildi: Əraziləri tərk edin - İran hücuma keçir

İran ilə ABŞ arasında regional təhlükəsizlik və dəniz sərhədləri ətrafında yaranan gərginlik fonunda rəsmi Tehrandan Vaşinqtona növbəti kəskin xəbərdarlıq gəlib.

NOCOMMENT.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı özünün "X" sosial şəbəkə hesabında paylaşım edərək, ABŞ hərbçilərini İran yaxınlığındakı bölgəni təcili şəkildə tərk etməyə çağırıb. O, xarici qüvvələrin regionda mövcudluğunun böyük risklər daşıdığını xüsusi vurğulayıb:

"Ərazimizin yaxınlığında olan xarici qüvvələr özlərinin insan səhvləri, adi qəzalar və ya mümkün çarpaz atəşə tutulma riskləri ilə daim üz-üzədirlər. Riskləri azaltmaq üçün onlar üçün ən yaxşı həll yolu geri çəkilməkdir. Hörmüz boğazı beynəlxalq sular DEYİL, İran və Oman arasında bölünür və ABŞ sahillərindən minlərlə mil uzaqda yerləşir. Dəniz sərhədləri tamamilə aydındır".

XİN rəhbərinin bu bəyanatı Hörmüz boğazı və Fars körfəzi ətrafında hərbi hərəkətliliyin artdığı bir dövrdə rəsmi Tehranın regiondakı mövqeyini qəti şəkildə nümayiş etdirdiyini göstərir.

Sara,
NOCOMMENT.az