Mariupolun Azovstal bölgəsində bir qrup ukraynalı hərbçi ağ bayraqla dinc sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan yola çıxıb.
NOCOMMENT.az xəbər verir ki, bunu “Vostok” batalyonunun komandiri Aleksandr Xodakovski bildirib.
“Ukrayna Silahlı Qüvvələrinə doğru Rusiya hərbçiləri atəşkəs elçiləri kimi irəlilədilər. Bu, Mariupoldakı döyüşlər zamanı tərəflərin ilk şəxsi əlaqəsidir”, – deyə Telegram kanalında Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin Ukraynadakı hərbi müxbiri Yevgeni Poddubnı deyir.
Daha əvvəl məlumat verilmişdi ki, şənbə günü Mariupoldakı “Azovstal” metallurgiya zavodunun ərazisindən daha 50 nəfər təxliyə edilib . Bununla da müəssisənin ərazisindən təxliyə edilən mülki əhalinin sayı 176 nəfərə çatıb.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş bildirmişdi ki, BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi Azovstal metallurgiya zavodundan 500-ə yaxın insanı təxliyə edib. Bir neçə saat əvvəl daha 13 mülki şəxs Mariupoldakı müəssisəni tərk edib, bundan əvvəl isə 12 nəfərlik qrup çıxarılıb .
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri mayın 5, 6 və 7-də Moskva vaxtı ilə saat 08.00-dan 18.00-dək Azovstaldan mülki əhalinin təxliyəsi üçün humanitar dəhliz açıb. Düşmənin atəş mövqelərinə çatmaq cəhdi nəticəsində “Azovstal”da vəziyyət gərginləşsə də, müəssisəyə hücum edilmir.
Mariupol zavodunu tərk edən mülki şəxslər onlar üçün xüsusi olaraq açılan humanitar dəhlizlər və ya hazırlanan evakuasiya haqqında heç nə bilmirdilər, silahlılar bu məlumatı onlardan gizlədirdilər.
NOCOMMENT.az











