Heydər Əliyevin imzası Cıdır düzündə – VİDEObackend

Heydər Əliyevin imzası Cıdır düzündə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Şuşada fləşmob keçirilib. Hərbçi, polis və müxtəlif sahələrdə çalışan gənclərin iştirakı ilə keçirilən fləşmobda Cıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası və 99 rəqəmi əks olunub.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tviterdə fləşmobun görüntülərini paylaşıb.

“Şuşanın inkişafı Ulu Öndərin adıyla sıx bağlıdır: “Şuşa şəhərində Vaqifin məqbərəsinin inşası, Şuşa şəhərinin qoruq elan edilməsi və bir çox talehyüklü məsələlər əbədiyaşar liderimizin adı ilə əlaqəlidir. Ümumilli Lider Heydər Əliyev qəlblərimizdə əbədi yaşayacaq!”, – deyə paylaşımda bildirilir.