Hikmət Hacıyev: Ermənistanın törətdiyi ekoloji terror təsbit edilibbackend

Hikmət Hacıyev: Ermənistanın törətdiyi ekoloji terror təsbit edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın işğal altından azad olunmuş torpaqlarında işğal illərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakəti təsbit edib”.

NOCOMMENT xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.

“Min illik Çinar ağacı da daxil olmaqla çinar və şam ağacı meşələri qırılıb. Vəhşi heyvanlara da mərhəmət göstərməyiblər”, – deyə o qeyd edib.